Məşhur aşpaz bu dəfə xingəl bişirdi Video

11.03.2025

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Yaxın Şərq və Şimali Afrika mətbəxi üzrə ixtisaslaşmış aşpaz, aparıcı Con Qreqori-Smit bu dəfə Azərbaycan mətbəxindən yemək hazırlayıb.

Axşam.az xəbər verir ki, aşpaz 1 milyonluq instaqram səhifəsində izləyicilərinə xingəlin hazırlanmasını təqdim edib. 

Onun bu paylaşımına dörd gün ərzində 17 minə yaxın bəyənmə gəlib. Video 500 min şəxs tərəfindən izlənilib. 

Qeyd edək ki, Con 7 yemək kitabının müəllifidir. O, bir çox yemək proqramında aparıcılıq edib. Con kanallarında müntəzəm resept videoları yerləşdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью