Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bu barədə D.Belen sosial şəbəkə hesabında paylaşım edib.
O, münasibətlərinin oxşar səbəblərə görə daha əvvəl də sona çatdığını bildirib. D.Belen iddia edir ki, S.Sivrioğlu həm evli, həm də nişanlı olduğu dövrlərdə başqa qadınla sevgili olub. Lakin D.Belen həmin xanımın kimliyini açıqlamayıb:
“Son bir ildə birlikdə olduğum şəxslə münasibətimiz daha əvvəl də onunla bağlı oxşar xəbərlərə səbəb olan amillərə görə sona çatıb. Təəssüf ki, xasiyyət dəyişmir”.
O, münasibətə ailə qurmaq niyyəti ilə başladığını, lakin daha çox zərər görmədiyinə görə şükür etdiyini də söyləyib.
Didem Belen paylaşımını silmədiyi təqdirdə sosial media hesabının bağlatdırılacağı ilə hədələndiyini də iddia edib. Hesabının bağlanacağı təqdirdə izləyicilərinin baş verənlərdən xəbərdar edilməsini istəyən Belen təhdidin kim tərəfindən edildiyini açıqlamayıb.
Qeyd edək ki, cütlük 2025-ci ilin dekabrında Somer Sivrioğlunun Palandökəndə qarlar arasında Didem Belene evlilik təklif etməsindən sonra gündəmə gəlmişdi. Həmin vaxt onların evliliyə hazırlaşdığı bildirilirdi. Cütlüyün sosial media hesablarındakı dəyişikliklər daha əvvəl də ayrılıq iddialarına səbəb olmuşdu. Didem Belenin son açıqlamasından sonra münasibətlərinin sona çatdığı məlum olub. Somer Sivrioğlu isə irəli sürülən iddialarla bağlı hələlik ictimaiyyətə açıqlama verməyib.
Həmidə İbrahimova