Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az xəbər verir ki, 2015-ci ildə Sidney şəhərində açılan “Anason” restoranının Avstraliya Vergi İdarəsinə (ATO) 2 milyon 60 min Avstraliya dolları (təxminən 72,4 milyon Türkiyə lirəsi) borcu olduğu məlum olub.
“Daily Telegraph” qəzetinin məlumatına görə, vergi öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən restoranın idarəçiliyi qəyyuma həvalə edilib.
Somer Sivrioğlu bildirib ki, son beş ildə ciddi maliyyə çətinlikləri ilə üzləşib və biznesini qorumaq üçün mübarizə aparıb. Məşhur aşpaz restoranın uğurlu müəssisə olduğunu, lakin çətin dövrdə vergi borclarının sürətlə artdığını və onları ödəyə bilmədiklərini deyib. O, kiçik biznesin borclarının restrukturizasiyası üçün müraciət etdiklərini, lakin müraciətin rədd edildiyini açıqlayıb. Daha sonra 30 aylıq ödəmə planı təklif etdiklərini, lakin dörd aydan çox müddət cavab gözlədiklərini bildirib.
Sivrioğlu restoranın fəaliyyətini davam etdirmək istədiyini də vurğulayıb.
Mürtəza