Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın avtomobil nəhəngi “Mercedes-Benz” ölkədə istehsala yönələn yeni investisiyaları dayandırmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, şirkət əməkhaqqı xərclərinin azaldılması ilə bağlı yaranan fikir ayrılıqları fonunda Almaniyadakı zavodlarını bağlamaq ehtimalını da nəzərdən keçirir.
Şirkət Almaniyadakı bəzi müəssisələrdə bir iş saatının dəyərinin Şərqi Avropadakı zavodlarla müqayisədə beş dəfə yüksək olduğunu bildirib.
Məlumata görə, rəhbərlik istehsalat şurası və həmkarlar ittifaqlarının nümayəndələri ilə əməkhaqqı xərclərinin azaldılması barədə razılığa gələ bilmədikdən sonra investisiyaları müvəqqəti dayandırmaq qərarına gəlib.
Bizim.Media