Məşhur avtomobil markası kiberhücum səbəbindən istehsalını dayandırıb

23.09.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Böyük Britaniyanın avtomobil istehsalçısı Jaguar Land Rover kiberhücumdan sonra istehsalı müvəqqəti dayandırıb.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, şirkət İngiltərədəki zavodlarının fəaliyyətini 1 oktyabra qədər dayandırıb. Nəticədə minlərlə işçi müvəqqəti olaraq işdən azad edilib.

Məlumata görə, hakerlər şirkətin kompüter sistemlərini ələ keçirib və bu, 50 minə yaxın avtomobilin istehsalına təsir edib. İtkilər milyardlarla funt-sterlinqlə ölçülür.

Hücumun mənfi təsirləri Jaguar Land Rover-in tədarükçülərinə də sirayət edib. Bəzi şirkətlər maliyyə çətinlikləri səbəbindən iflas riski ilə üzləşib.

Seyranə Quliyeva
Missiya.Az 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью