Məşhur avtomobil sifarişi şirkətindən ŞİKAYƏT VAR

10.09.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Xaricdən avtomobil sifarişi xidməti göstərən “ŞAH AVTO” MMC ilə müştəri arasında qalmaqal yaşanıb.

“Yeni Sabah” xəbər verir ki, sifarişçinin bildirdiyinə görə, təxminən 5 ay əvvəl şirkətlə avtomobilin Azərbaycana gətirilərək təhvil verilməsi barədə müqavilə bağlanıb. Şirkət rəhbəri Ayhan Şahbazov avtomobilin 50-60 gün ərzində çatdırılacağı öhdəliyini götürsə də, proses təxminən 5 ay çəkib.

Bundan əlavə, avtomobil Gürcüstanın Poti şəhərində sənədləşmə problemi səbəbindən 1 ay ödənişli dayanacaqda qalıb və nəticədə 1500 AZN əlavə xərc yaranıb. Narazı müştəri avtomobilin çatdırılması xidmətinə görə şirkətə artıq 300 ABŞ dolları ödədiyini, bu səbəbdən yaranan əlavə xərcin onun üzərinə qoyulmasının əsassız olduğunu bildirib. pizza mizza

Şikayətçinin sözlərinə görə, A.Şahbazov məsələnin həllindən yayınıb və sonradan zənglərə cavab verməyib. Oxşar problemlərlə digər müştərilərin də qarşılaşdığı iddia olunur.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью