Məşhur avtomobil zavodunun İŞÇİLƏRİ TƏTİL EDİR

25.01.2025

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Ötən ilin dekabrın 19-dan bəri Təbrizdə "Iran Khodro" avtomobil şirkətinin işçiləri aşağı maaş və 12 milyon tümənlik müavinətlərə və işçilərə qarşı ayrı-seçkiliyə etiraz edərək tətilə başlayıblar.

Avtosfer.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verib.

Bildirilib ki, "Iran Khodro" şirkətinin Təbrizdəki işçilərinin etirazının mövzusu adekvat maaşların olmamasıdır.

Eyni zamanda, Təbrizdəki etirazçılar dolanışıqlarının və Tehrandakı "Iran Khodro" şirkətinin işçiləri ilə əməkhaqqılarının eyni olmasını istəyirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью