Məşhur azərbaycanəsilli müğənni JONY adını və soyadını dəyişdi

17.09.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milyonlarla dinləyicinin "Kamin" və "Kometa" mahnılarından tanıdığı azərbaycanəsilli rusiyalı müğənni JONY ad və soyadını dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda" məlumat yayıb.

Müğənninin paylaşdığı xarici pasportun fotosunda onun əvvəlki adı Cahid Əfrayıl əvəzinə "Massimo Torriçelli" kimi qeyd olunub. Sənətçi bu dəyişikliyin səbəbini açıqlamayıb.

Qeyd edək ki, JONY-nin əsl adı Cahid Əfrayıl oğlu Hüseynlidir. 30 yaşlı müğənni Azərbaycanda anadan olub və dörd yaşından Rusiyada yaşayır. O, 2021-ci ildə NTV telekanalında yayımlanan "Maska" şousunun ikinci mövsümünün qalibi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью