Məşhur azərbaycanlı müğənni 5 ildən sonra üzə çıxdı Burda işləyirmiş...

25.08.2025

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


44 günlük Vətən müharibəsində qardaşı şəhid olduğu üçün ifaçılığı buraxan Xana adlı gənc müğənni ilə bağlı məlumatlar ortaya çıxıb.

Bakupost.az xəbər verir ki, 5 ildir səhnələrdən uzaq olan Xana haqqında bloger Ramal Əsəd paylaşım edib.

“Bir vaxtlar sosial media fenomeni və müğənni olan Xana ilə bağlı bir müddət həbs xəbərləri yayılmışdı. Araşdırdım və danışdım. Məlum oldu ki, Xana hazırda Bakının Nərimanov rayonunda yerləşən gözəllik salonlarından birində çalışır. Əlinin əməyilə dolanır. Qardaşı şəhid olduqdan sonra musiqi sahəsindən uzaqlaşmaq qərarı verib”, – deyə bloger bildirib.

Qeyd edək ki, bir neçə il əvvəl bloger Rəsul Abbasovla duetlərlə məşhurlaşan Xana, 44 günlük Vətən müharibəsində qardaşı Əmirxan Babayevin şəhid olması səbəbindən musiqi fəaliyyətini davam etdirməməyi qərara almışdı

Lalə Novruz,

BakuPost



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью