Məşhur basketbolçunun ailəsində daha bir faciə FOTO

24.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

“Boston Celtics”in heyətində NBA-dakı çıxışları ilə tanınan 35 yaşlı amerikalı peşəkar basketbolçu Ayzey Tomas sosial şəbəkələrdə böyük bacısının öldüyünü bildirib.

Publika.az xəbər verir ki, Tomasın kiçik bacısı da 6 il əvvəl avtomobil qəzasında ölmüşdü.

Tomasın böyük bacısının ölüm səbəbi məlum deyil. “Boston Celtics”in keçmiş ulduzunun kiçik bacısı Çayn Tomas 15 aprel 2017-ci ildə Vaşinqtonda avtomobil qəzasında həlak olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью