Məşhur basketbolçunun evi qarət edildi

24.01.2025

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

“Klivlend”in basketbolçusu Tay Ceromun Los-Ancelesdəki evi qarət edilib.

Publika.az xəbər verir ki, bu barədə “TMZ Sports” məlumat yayıb.

Məlumata görə, oğurluq hadisəsi yanvarın 17-də baş verib. Basketbolçu bu haqda komanda ilə yolda olduğu üçün yalnız dünən xəbər tutub.

Evə qayıdan Cerom pəncərələrin sındığını aşkar edib.

Polis oğruları tapa bilmədiyini açıqlayıb. Mənzildən nələrin oğurlandığı haqda da məlumat verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью