Məşhur begemot ABŞdə prezident seçkisinin qalibini proqnozlaşdırıb

05.11.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tailanddakı zooparkda karlik begemot Mu-Denq respublikaçı Donald Trampın ABŞ-nin yeni prezidenti olacağını proqnozlaşdırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Khaosod" qəzeti məlumat yayıb.

"ABŞ-də seçki kampaniyası başa çatıb. Məşhur karlik begemot Trampın adı yazılan qarpızı seçib", - nəşrin "X" hesabındakı paylaşımında qeyd olunub.

Bildirilir ki, zoopark işçiləri heyvana üzərində ABŞ prezidentliyinə namizədlərin adları yazılmış iki qarpız təklif ediblər. Mu-Denq respublikaçını seçmək qərarına gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью