Məşhur begemot seçimini etdi Tramp yoxsa Harris?

05.11.2024

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tailanddakı zooparkda karlik begemot Mu-Denq respublikaçı Donald Trampın ABŞ-nin yeni prezidenti olacağını proqnozlaşdırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Khaosod" qəzeti məlumat yayıb.

"ABŞ-də seçki kampaniyası başa çatıb. Məşhur karlik begemot Trampın adı yazılan qarpızı seçib", - nəşrin "X" hesabındakı paylaşımında qeyd olunub.

Bildirilir ki, zoopark işçiləri heyvana üzərində ABŞ prezidentliyinə namizədlərin adları yazılmış iki qarpız təklif ediblər. Mu-Denq respublikaçını seçmək qərarına gəlib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью