Məşhur bəstəkar həbsdən çıxdı

28.01.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Həbsdə olan məşhur bəstəkar Tural Bayraməliyev azadlığa buraxılıb.

Axar.az Yeni Sabah-a istinadla xəbər verir ki, bəstəkar ona təyin olunmuş həbs müddətinin başa çatması ilə əlaqədar azad edilib.

Tural Bayraməliyev 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sabiq rəisi Aydın Əliyevin baldızı sabiq gömrük xidməti polkovniki Şədiyyə Arif qızı Salehli tərəfindən “külli miqdarda dələduzluq” etməkdə ittiham olunmuşdu.

Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən, Ş.Salehlinin şikayəti əsasında T.Bayraməliyevə Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndi ilə cinayət işi açılıb. Nəticədə məhkəmə qərarı ilə bəstəkara 8 il həbs cəzası verilmişdi. O, cəzasını 13 saylı Cəza Çəkmə Müəssisəsində çəkib.

Məhkəmənin çıxardığı hökmlə barışmayan Tural Bayraməliyev həbsxanada olduğu dövrdə yaxınları vasitəsi ilə dəfələrlə mətbuata şikayət yazıları göndərmişdi.

Bəstəkar müxtəlif vaxtlarda bir sıra şou-biznes nümayəndələrinə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müxtəlif məzmunlu ismarıclar ünvanlayıb.

Tural Bayraməliyev sabiq deputat Hüseyn Abdullayevin dayısı oğludur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью