Məşhur bəstəkardan yeni əsər 90 illik yubileyində

03.10.2026

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Müasir klassik musiqinin məşhur simalarından olan minimalist bəstəkar Stiv Rayx 90 illik yubileyi ərəfəsində "In All Your Ways" ("Bütün yollarında") adlı yeni 18 dəqiqəlik əsərini təqdim edib.

Kulis.az xəbər verir ki, bəstəkar "Reuters" agentliyinə müsahibəsində yaradıcılıq prosesində ilk dəfə tətbiq etdiyi üsullardan və süni intellektə münasibətindən bəhs edib.

Adını Müqəddəs Kitabın "Süleymanın məsəlləri" hissəsindən alan əsərin bəstələnmə prosesində Rayx ilk dəfə struktura müdaxilə edərək tempin həddən artıq sürətli olmaması üçün dinamikaya yeni "nəfəs" hissələri əlavə etdiyini deyib.

Süni intellektin musiqidəki rolu haqqında da danışan ustad bəstəkar texnologiyanın faydalarını dana bilməyəcəyini, lakin öz yaradıcılığında süni intellektə ehtiyacı olmadığını vurğulayıb.

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi “Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır? Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью