Məşhur binada qanunsuz tikinti aşkarlandı FOTO

21.11.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Nİzami və Səməd VUrğun küçələrinin kəsişməsindəki “Buzovnaneft” yaşayış binasının damında qanunsuz tikili aşkarlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə tanınmış memar Elçin Əliyev öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, məsələdə Mədəniyyət Nazirliyi birbaşa məsuliyyət daşıyır: Onlayn mağaza

“Maraqlıdır, görəsən, memarlıq abidəsi olan «Buzovnaneft» yaşayış binasının damında bu daxmanı Mədəniyyət Nazirliyinin icazəsi ilə tikiblər, yoxsa nazirlik onun mövcudluğundan yalnız tikinti başa çatandan sonra xəbər tutub?

Hərçənd nə fərqi var ki? Əsas odur ki, binanın tarixi görkəmi qorunub saxlanılıb. Sadəcə, indi onun damında daha bir «tarixi görkəm» peyda olub. Özü də Xəzər dənizinə fərdi mənzərəsi ilə.

Biabırçılıq!”

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью