Məşhur bloger zəhərləndi

17.06.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bloger Aysel Şükürova zəhərlənib.

Ölkə.az xəbər verir ki, bu barədə onun köməkçisi instaqram hesabında məlumat verib.

"Məlumat üçün bildirmək istəyirəm ki, Aysel xanım dünən gecədən etibarən ciddi şəkildə zəhərlənib və hazırda səhhəti yaxşı deyil. Bu səbəbdən telefon zənglərinə və mesajlara cavab verməsi mümkün olmayacaq.

Xahiş edirik, dualarınızı əsirgəməyin", - deyə qeyd olunub.

Qeyd edək ki, A.Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. 

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью