Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məşhur bloger avtomobildə təhlükəli hərəkətlər edərək qeydə aldığı videonu sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, Çinarə Abasova adlı bloger avtomobildə sərnişin qismində olan zaman yan şüşədən bayıra çıxıb. O, müxtəlif riskli hərəkətlər edərək öz həyatını təhlükə altında qoyub. Bu hərəkətləri edən bloger sosial şəbəkə hesabında baxış yığmağa çalışıb. Lakin etdiyi hərəkətin nə dərəcədə təhlükəli olduğunu və faciə ilə bitə biləcəyini düşünməyib.
Fərid