Məşhur blogerin hesabları donduruldu

26.02.2025

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Moskvanın Meşçanski Məhkəməsi xarici agent olmaqda təqsirləndirilən bloqer İlya Varlamovun bank hesablarını dondurub.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən bildirilib.

“Moskvanın Meşçanski Rayon Məhkəməsinin qərarı ilə müstəntiqin İlya Aleksandroviç Varlamova məxsus hesablardakı vəsaitlərə həbs qoyulması barədə vəsatəti təmin edilib”, – məlumatda bildirilib.

Qeyd edək ki, İlya Varlamov 2023-cü ilin martında Rusiyada xarici agent kimi tanınıb. Ədliyyə Nazirliyi onun xaricdən maliyyə vəsaiti aldığını, hökumət qərarları və siyasəti ilə bağlı saxta məlumatlar yaydığını bəyan edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью