Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
ABŞ-də tanınmış bloqer Sidney Toul 26 yaşında nadir xərçəng növü ilə mübarizədən sonra vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin TMZ nəşri məlumat yayıb.
Məlumata görə, bloqerin ailəsi onun ölüm xəbərini sosial şəbəkədə paylaşaraq Sidneyin günəşli havada çəkilmiş fotosunu yayımlayıb.
"Sidney, səni hər zaman çox sevəcəyik. Sənin necə böyük əzmlə mübarizə apardığınla fəxr edirik. Səni sevirik", – deyə ailə üzvləri paylaşımda bildiriblər.
Bloqerin vəfatı ilə bağlı xəbər onun qardaşı Ostin Toulun Sidneyin hospisə yerləşdirildiyini açıqlamasından iki gün sonra yayılıb.
NURİYYƏ