Məşhur bodibilder müəmmalı şəkildə vəfat etdi

29.05.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Braziliyada məşhur bodibilder Qanli Qabriel müəmmalı şəkildə vəfat edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onun ölümünün səbəbi bilinmir.

San-Pauludakı mənzilinin mətbəxində huşsuz vəziyyətdə tapılan idmançını yaxınları təcili xəstəxanaya çatdırıblar. Koma vəziyyətində olan xəstəni həkimlər xilas edə bilməyiblər. Üstəlik, onun ölümünün səbəblərini də müəyyənləşdirmək mümkün olmayıb. Böyük ehtimalla qanında şəkərin miqdarının kəskin düşməsi bodibilderin keçinməsinə gətirib çıxarıb.

Qeyd edək ki, 22 yaşlı Qanli Qabriel ayağı ilə 500 kq yük qaldırdıqdan sonra məşhurlaşmışdı. Onun sosial şəbəkələrdə 2 milyondan çox izləyicisi var idi.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью