Məşhur boksçu 11 il əvvəl aldığı zərbələrin ardından vəfat etdi

14.08.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Puerto-Rikolu keçmiş məğlubedilməz boksçu Priçard Kolon 33 yaşında dünyasını dəyişib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Kolon 2015-ci ildə Terrel Uilyamsla döyüş zamanı başının arxa nahiyəsinə qayda pozuntusu ilə zərbələr alıb. Döyüşdən sonra özünü pis hiss edən boksçu xəstəxanaya aparılıb və beyninə qan sızdığı müəyyən edilib.

O, 221 gün komada qaldıqdan sonra 2016-cı ildə evə buraxılıb. Lakin aldığı ağır beyin zədəsi səbəbindən ömrünün qalan hissəsini yataq və əlil arabasından asılı vəziyyətdə keçirib.

Prichard Kolonun ölümü ilə bağlı WBO, WBC və WBA başsağlığı mesajları yayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью