Məşhur boksçu 2026 cı ilin ikinci rübünədək rinqə çıxmayacaq

30.09.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Meksikalı məşhur boksçu Saul Alvares 2026-cı ilin ikinci rübünədək rinqə çıxmayacaq.

"Report" ESPN-ə istinadən xəbər verir ki, 35 yaşlı idmançı dirsəyindən əməliyyat olunub.

Onun sağalması ən azı iki ay çəkəcək, rinqə qayıtması isə 12-15 həftədən tez olmayacaq.

Boksçu son olaraq ABŞ təmsilçisi Terens Krouforda məğlub olub.

Qeyd edək ki, S.Alvares Dünya Boks Şurası (WBC) və Dünya Boks Assosiasiyası (WBA), Ümumdünya Boks Təşkilatının (WBO) versiyaları üzrə dəfələrlə dünya çempionu olub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью