Məşhur Bollivud aktyoru bıçaqlandı

16.01.2025

Icma.az bildirir, Axsham.az portalına istinadən.

Məşhur Bollivud aktyoru Saif Əli Xan bıçaqlanıb.

Axşam.az xəbər verir ki, hadisə aktyorun Mumbaydakı evində baş verib. Bildirilib ki, onun evinə naməlum şəxs daxil olub. Tərəflər arasında baş verən dava nəticəsində Xan çoxsaylı bıçaq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan aktyorun səhhəti ilə bağlı məlumat verilməyib.

Xanın ailəsi hadisə ilə bağlı açıqlama verməyib. Lakin naməlum şəxsin evə oğurluq məqsədi ilə girdiyi deyilir.

Qeyd edək ki, Xan aktrisa Karina Kapurla evlidir. Onların birgə 2 övladı var. Xanın ümumilikdə dörd uşağı var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью