Icma.az, Axsham.az saytına istinadən bildirir.
Dünyaca məşhur “Victorias Secret” brendi tərəfindən təqdim edilən “Fantasy Bra” modeli öz unikal dizaynı və qiymətli daşları ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, modelin hazırlanması üçün 3 218 fərdi detaldan və 4 410 təbii almazdan istifadə olunub. Zinət əşyasının ərsəyə gəlməsinə 15 sənətkar 1 000 saatdan çox vaxt sərf edib.
“Jacob & Co.” tərəfindən “Victorias Secret” ilə əməkdaşlıq çərçivəsində hazırlanan xüsusi model tamamilə 18 əyarlı qızıl və almazlardan ibarətdir. Onun konstruksiyasında heç bir parça materialdan istifadə edilməyib.
Dizaynın mərkəzində 75,54 əyarlıq təbii, intensiv parlaq sarı almaz yerləşir. Kompozisiya “Jacob & Co.” brendinin imza kəsimlərindən olan "Angel-Cut" da daxil olmaqla, altı müxtəlif formada kəsilmiş ağ almazlarla tamamlanıb.
Bildirilib ki, bu model indiyədək hazırlanan ən bahalı “Fantasy Bra”dır. Layihə qeyri-mümkün görünən ideyalardan ilhamlanaraq ərsəyə gətirilib.
Modelinin qiyməti 50 milyon ABŞ dolları (təxminən 85 milyon manat) təşkil edir.