Məşhur brendin konfetlərində narkotik aşkar edildi

30.05.2025

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, bu barədə "SBS6" telekanalı məlumat yayıb.
Verilən xəbərə görə, maddənin məhsula necə düşdüyü hələlik məlum deyil. Narkotik maddənin izləri üç fərqli qablaşdırmada müəyyən edilib, lakin "Haribo" artıq həmin partiyanı geri çağırıb.
Konfetləri yedikdən sonra bir neçə nəfərin özünü pis hiss etməsi ilə bağlı yerli hakimiyyət orqanları analizlər aparıblar.
"Biz dərhal "Haribo" ilə əlaqə saxladıq və şirkət təhlükəsizliklə bağlı xəbərdarlıq yaydı",- deyə Qərbi Avropa ölkəsinin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Qida Məhsulları və İstehlak Malları Təhlükəsizliyi İdarəsi bildirib.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью