Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, ölkəmizin beynəlxalq arenada güclənən mövqeləri, apardığı müstəqil siyasi xətt, dövlət başçısının çıxışlarında səsləndirdiyi fikirlər aparıcı media resurslarında əsas xəbər başlıqları ilə oxucuların diqqətinə çatdırılıb.
Ermənistanın "The Armenian Weekly" nəşri "Lladro" Azərbaycanın təbliğ olunması məqsədilə "Qarabağ atı" çini heykəlcikləri istehsal edir" sərlövhəli xəbər yayımlayıb.
Qeyd olunub ki, İspaniyanın Valensiya şəhərində istehsal etdiyi çini heykəllərlə dünyaca məşhur olan "Lladro" şirkəti bu dəfə "Qarabağ atı"nı satışa çıxarıb.
Bu isə erməniləri isterikaya salıb. Erməni mətbuatında Qarabağın guya Ermənistanın tarixi hissəsi olduğu, Azərbaycanın mədəni irsinin qeyd o
Onlar şirkətin bəyanatını tənqid etməklə yanaşı, həm də "Lladro" məhsullarını boykot etməyə çağırıblar.
Almaniyanın "Deutsche Welle" nəşri xəbər verir ki, Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin uçuş qeydlərinin araşdırılmasını başa çatdırıb.
Bu barədə Braziliyanın "G1" portalına qurumdakı mənbələr məlumat verib.