Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Gucci", "Chanel", "Versace" və digər tanınmış brendlərin Azərbaycandakı təmsilçisi "Sinteks" şirkəti cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Gömrük Komitəsi tərəfindən "Sinteks" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, xaricdən MMC-nin ünvanına göndərilən mallar ötən il "Mazımqara" gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilib, amma həmin mallara dair qısa idxal bəyannaməsi gomrük orqanına verilməyib.
Məhkəmənin qərarı ilə "Sinteks" MMC-nin qanuni təmsilçisi Axundov Sənan Firudin oğlu 1500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
Aydın