Məşhur cərrahlara lisenziya verilmədi

05.02.2025

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Səhiyyə Nazirliyi 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv edib.

Metbuat.az Bakupost.az-a istinadən məlumat verir ki, məşhur plastik rekonstruktiv cərrah, Xalq artisti Aygün Kazımovanın plastik cərrahı kimi tanınan Dilqəm Məhərrəmovun da lisenziyasının vaxtı bitib və ona yeni sertifikasiya şəhadətnaməsi verilməyib.

Qeyd edək ki, onun həyat yoldaşı Nərgiz Əhmədova da plastik cərrah kimi fəaliyyət göstərirdi.

Sertifikasiya şəhadətnaməsi ləğv edilənlər arasında N.Əhmədovanın da adı var. D.Məhərrəmov və həyat yoldaşının işlərinə davam edib-etməyəcəyi sual altındadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью