Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. Dünyada məşhur olan “Buz dövrü” cizgi filminin yeni bölümü nümayiş etdiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Walt Disney” kino şirkəti X sosial şəbəkəsində paylaşım edib.
“Buz Dövrü: Qaynama Nöqtəsi” 5 Fevral 2027-ci ildə bütün dünyada yayımlanacaq.
Qeyd edək ki, “Buz dövrü”nün ilk hissəsi 2002-ci ildə buraxılıb. Cizgi filmi “Blue Sky Studios”un debüt işi idi.
Leyla Əlisoy Globalinfo.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.