Məşhur cizgi filmi qəhrəmanlarını səsləndirən türkiyəli aktyor vəfat edib

31.01.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Tanınmış türkiyəli aktyor Sezai Altekin 79 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

O, Türkiyə televiziyasında məşhur cizgi film qəhrəmanlarından "Şirin Baba", "Bugs Bunny" və "Barni Rubble" kimi ikonik personajları səsləndirib.

Qeyd edək ki, S. Altekin 2014-cü ildə Kanal D-də yayımlanan "Paşa Gönlüm" serialında Paşa baba obrazını canlandırıb.

İlkin Naib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью