Məşhur “Cücələrim” uşaq mahnısı yenidən Çin səhnəsində

03.02.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Təxminən 80 ilə yaxındır ki, böyükdən-kiçiyə dillərə əzbər olan “Cücələrim” nadir Azərbaycan mahnılarındandır ki, dünyanın onlarla dilinə tərcümə edilib. Musiqisi Qənbər Hüseynliyə, sözləri Tofiq Mütəllimova aid mahnının dünyada bu cür populyarlığı musiqinin sərhədsiz olduğunu bir daha sübut edir. “Cücələrim” artıq qlobal körpə laylasına çevrilib. Çin Yeni ili münasibəti ilə Çinin Şansi vilayətinin peyk televiziya kanalının təşkil etdiyi qala-konserstdə “Cücələrim” bir daha ifa olunub. Qeyd edək ki, uzun illər əvvəl çin dilinə tərcümə olunan “Cücələrim” mahnısı Çində çox populyardır. Mahnı hətta musiqi tədris kitablarına da salınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью