Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin şou-biznes dünyasının ən çox müzakirə olunan cütlüklərindən olan aktrisa Serenay Sarıkaya və müğənni Mert Demirin ayrıldığı iddia olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Akif Yaman eksklüziv məlumat yayıb.
Məlumata görə, Serenay Sarıkaya və Mert Demir bu dəfə dostcasına ayrılmaq qərarına gəliblər. Beləliklə, uzun müddətdir Türkiyə mətbuatının diqqət mərkəzində olan münasibət sakit şəkildə sona çatıb.
Lakin cütlük hələlik ayrılıq iddiaları ilə bağlı heç bir açıqlama verməyib. Onların münasibətlərinə son qoymasının səbəbi barədə də dəqiq məlumat yoxdur.
Qeyd edək ki, 2024-cü ildən etibarən bir neçə dəfə ayrılıq xəbərləri ilə gündəmə gələn cütlük yenidən bir araya gəlib.
Murad İsmayıl