Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aktyor cütlük Zendaya və Tom Holland Nyu-Yorkda görüntülənib.
OLAY yazır ki, cütlük cümə günü kinoteatrlarda geniş nümayişə çıxacaq “Odisseya” filmi ərəfəsində şam yeməyi zamanı əl-ələ görüntülənib.
Onların səmimi görüntüləri pərəstişkarların böyük marağına səbəb olub. Zendaya və Tom Holland münasibətlərini uzun müddət diqqətdən uzaq saxlamağa çalışsalar da, ictimaiyyət qarşısında birlikdə görünmələri tez-tez müzakirə olunur.