Məşhur cütlükdən 7 ci il dönümlərinə özəl fotolar

31.10.2026

Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.

31 yaşlı aktrisa Nikola Pelts və 27 yaşlı həyat yoldaşı Bruklin Bekhemlə münasibətlərinin 7-ci ildönümünü qeyd edib.

OLAY yazır ki, bu münasibətlə Nikola arxiv fotolarını paylaşaraq həyat yoldaşına romantik sözlər ünvanlayıb.

“Yeddinci ildönümümüz mübarək, sevgilim, ən yaxın dostum, hər şeyim! Səninlə keçirdiyim yeddi ilin necə tez keçdiyinə inana bilmirəm. Heç nəyin fərqli olmasını istəməzdim. Səni bütün qəlbimlə sevirəm. Mənə yazdığın sevgi məktublarına, balaca itlərimizlə birlikdə içdiyimiz səhər qəhvələrinə heyranam. Xahiş edirəm, heç vaxt dəyişmə. Hər keçən gün səni daha çox sevirəm” deyə aktrisa paylaşımında yazıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью