Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Fiqurlu konkisürmə üzrə ikiqat dünya çempionu Yevgeniya Medvedeva İldar Qaynutdinovla toyuna təxminən 100 nəfərin dəvət olunduğunu etiraf etdi.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Rusiya mediası yazıb.
“Nəticədə, 100-dən çox insan olacaq, eyni zamanda, bunların hamısı demək olar ki, hər gün əlaqə saxladığımız və ünsiyyət qurduğumuz yaxın insanlardır.
Toy kimi bir tədbirin, istər işdə, istərsə də ailənizdə tanış olduğunuz insanların sayını nə qədər artırması heyrətamizdir”, - deyə Medvedyeva sosial şəbəkədə paylaşım edib.
Noyabrın 11-də Medvedeva sosial mediada sevgilisi, rusiyalı rəqqas İldar Qaynutdinovadan evlilik təklifi aldığını açıqladı.
Cütlük münasibətlərini 2025-ci ilin yayında ictimaiyyətə açıqlayıb. Onlar “Star Dancing”şousunda tanış olublar.
Fiqurlu konkisürən həmçinin etiraf edib ki, sevgilisinin sayəsində kilsəyə getməyə başlayıb.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin