Məşhur daşıma şirkəti cərimələnə biər

23.12.2024

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Xaliq Faiqoğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnə bilər.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.5-ci (Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına gör) maddəsi ilə protokol tərtib edilib.

İşə Binəqədi rayon Məhkəməsində hakim Samir Nəsibovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə, şirkət min beş yüz manatdan iki min manatadək məbləğdə cərimələnə bilər.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью