Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyəli aktyor Kerem Bürsin və aktrisa Demet Özdemir bu dəfə reklam müqaviləsi ilə gündəmə gəliblər.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Prime Video”nun yeni layihəsi olan “Grand Maison Istanbul”da birlikdə rol alacaq ikili serialın çəkilişlərinə hələ start verilməmişdən əvvəl diş məcunu markası “Ipana” brendinin siması olub.
Reklam çarxı və fotoçəkilişləri son həftələrdə həyata keçirilən bu kampaniyanın iki il davam edəcəyi gözlənilir.
Yayılan məlumata görə, Bürsin və Özdemirin hər biri iki illik kampaniya müqabilində 30 milyon TL alacaq. Beləliklə, reklam müqaviləsinin ümumi dəyərinin təxminən 60 milyon TL təşkil edəcəyi gözlənilir.