Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son aylar ciddi problemlərlə üzləşən “Volkswagen” konserni “Italdesign” şirkətini satıb.
Avtosfer.az xəbər verir ki, şirkətin yeni sahibi ABŞ-nin UST texnologiya qrupu olub.
Sahibin dəyişməsi “Italdesign”ın fəaliyyətinə ciddi təsir göstərməyəcək. Turindəki baş ofis və İtaliya ərazisindəki 10 müəssisədə işləyən 1300 əməkdaş işlərini adi qaydada davam etdirəcək. “Volkswagen” konserninə daxil olan şirkətlər də italiyalılarla əməkdaşlığa üstünlük verəcək.
“Italdesign” almanlar üçün həm də simvolik mənaya malikdir. İlk VW Golf 70-ci illərdə burada dizayn edilib. Bundan başqa, “Lancia Delta”, BMW M1, “Lotus Esprit” və
“DeLorean DMC-12”, “Fiat Panda” kimi tanınmış modellər də bu studiyanın məhsuludur.
Vüqar