Icma.az, Modern.az portalına istinadən məlumat yayır. “Valentino” moda evinin qurucusu, italyan modelyer Valentino Qaravani 93 yaşında vəfat
Onun anım mərasimi 21 və 22 yanvar tarixlərində Piazza Mignanelli meydanında keçiriləcək.
Dəfn mərasimi cümə günü Santa Maria degli Angeli e dei Martiri Bazilikasında olacaq.
V.Qaravani 11 may 1932-ci ildə İtaliyanın şimalındakı Voghera şəhərində anadan olub.
17 yaşında Parisə köçüb, orada Ecole des Beaux-Arts və Haute Couture Sindikatında təhsil alıb.
1959-cu ildə Valentino Qaravani Romaya qayıdıb və bir il sonra ortağı Giancarlo Giammetti ilə birlikdə moda evi qurub.
Beynəlxalq sifarişlərə səbəb olan ilk sərgisi 1962-ci ildə Florensiyada baş tutub.
Onun ilk müştəriləri arasında qətlə yetirilən ABŞ prezidenti Con Kennedinin xanımı Jaklin Kennedi də var idi.