Məşhur duet yeni filmə çəkilir

16.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Rayan Reynolds və Hyu Cekman yenidən birlikdə işləyəcəklər.

Oxu.Az xəbər verir ki, bu barədə ""The Hollywood Reporter" məlumat yayıb.

Jurnalistlərin dediyinə görə, aktyorlar "Boy Band" filmində rol alacaqlar. Qarşıdan gələn filmin rejissoru Şon Levi olacaq.

Qeyd olunur ki, Reynolds artıq ssenarinin ikinci variantı üzərində işləyir, ona görə də komanda gələn il çəkilişlərə başlamağı planlaşdırmır.

Film gənclərdən ibarət məşhur musiqi qrupunun üzvlərindən bəhs edəcək.

"Boy Band"ın premyerasının vaxtı və tarixi hələ açıqlanmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью