Məşhur ədviyyatda saç tökülməsinə qarşı maddə var

07.10.2026

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Suşinin vazkeçilməz sousu olan vasabinin maraqlı təsiri kəşf olunub.

Tokiodan olan tədqiqatçılar vasabini saç tökülməsinin qarşısını almaq üçün vasabini alternative kimi tövsiyə edib.

Qeyd etmək lazımdır ki, bu, qurmanlara tanış olan yaşıl pasta deyil, ədviyyatın hazırlanmasında istifadə edilən bitkidir və bu bitki həmçinin vasabi adlanır. O, həmçinin Yapon xren kimi də tanınır.

Alimlər bildirib ki, tərkibindəki izosaponarin maddəsi saç follikullarına stimullaşdırıcı və gücləndirici təsir göstərir, saç tökülməsinin qarşısını alır və saç böyüməsini stimullaşdırır.

"Keçəllikdən əziyyət çəkən bir çox orta yaşlı kişilər üçün vasabi əla profilaktik tədbir ola bilər", - deyə mütəxəssislər bildirib.

Onların fikrincə, vasabi istifadə etmək ixtisaslaşdırılmış şampunlardan daha təsirli ola bilər. Onlar həmçinin yalnız təbii, emal olunmamış vasabi istifadəsinin vacibliyini vurğuladılar.

Tədqiqatçılar maksimum effekt əldə etmək üçün Yapon xren yarpaqlarını saç köklərinə sürtməyi tövsiyə etdilər; təəssüf ki, vasabinin özünü yemək oxşar nəticələr verməyəcək.

///medicina.az///

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью