Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Amerikalı aktyor Kristian Kazins vəfat edib.
Axşam.az xəbər verir ki, o, 43 yaşında dünyasını dəyişib.
Aktyor oktyabrın 20-də ABŞ-nin Kaliforniya ştatında yerləşən evində ölü tapılsa da, bu barədə yeni məlumat yayılıb.
Kristianın ölüm xəbərini onun ögey qardaşı Jonas Roeser sosial şəbəkədə paylaşıb. O bildirib ki, Kristian uzun müddət qaraciyər xəstəliyindən əziyyət çəkib.
Qeyd edək ki, Kristian Kazins əkiz qardaşı Cozeflə birlikdə “Kindergarten Cop” filmində Dominik Palmieri obrazını canlandırıb. O, həmçinin “Knots Landing”, “Critters 3” və “Twin Sitters” ekran işlərində rol alıb. Aktyor sonradan sənət fəaliyyətini dayandıraraq mebel biznesində çalışıb.