Məşhur əsərdə 20 növ mikrob aşkarlandı

12.11.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. 

Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb.

Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümunə götürüblər. Araşdırma nəticəsində əsərin üzərində 20 növ bakteriya aşkarlanıb.

Onların arasında insan dərisində və bitki köklərində yaşayan zərərsiz bakteriyalar, eləcə də ilk dəfə 2013-cü ildə Yaponiyadakı şəkər zavodunda aşkar edilmiş, hələ də kifayət qədər öyrənilməmiş yeni mikrob növü olub.

Mikroorqanizmlərin rəssamın yaşadığı dövrdən qalma ehtimalının az olduğu, onların əsərə sonradan düşdüyü güman edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью