Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
Məşhur fast-food markası Pizza Hut artan rəqabət və zəifləyən tələb səbəbindən 2,7 milyard dollara satılır.
Marja xəbər verir ki, "Yum Brands" şirkəti tərkibindəki pizza şəbəkəsinin Çindəki əməliyyatlarını 1,2 milyard dollar qarşılığında "Yum China" şirkətinə, dünyanın qalan hissəsindəki fəaliyyətlərini isə 1,5 milyard dollar qarşılığında özəl kapital şirkəti "LongRange Capital"a təhvil verəcək.
"Yum Brands"ın yaydığı məlumata görə, satış qərarında artan rəqabət xərcləri və istehlakçı xərclərindəki yavaşlama səbəb olub.
Pizza Hut son dövrlərdə rəqibləri ilə müqayisədə daha zəif nəticələr göstərib. Xüsusilə iri restoran şəbəkələri qarşısında böyümə tempinin zəifləməsi və bazar payının itirilməsi şirkətin gələcəyi ilə bağlı satış qərarının qəbul edilməsinə səbəb olub.
Artan kapital xərcləri və fast-food sektorundakı xərc təzyiqləri ilə mübarizə aparan şirkətin satış prosesindən sonra hansı strategiya ilə yoluna davam edəcəyi isə maraq doğurur.