Məşhur film ilk həftəsində rekord qırdı

22.09.2026

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Zak Kreqerin rejissorluğu ilə ərsəyə gələn yeni "Resident Evil" ("Məskunlaşmış şər") filmi ilk həftə nümayişində dünya üzrə 108,3 milyon dollar gəlir əldə edərək seriya tarixinin ən böyük açılışına imza atıb.
Kulis.az xəbər verir ki, ekran işi Şimali Amerikada 60 milyon dollar, beynəlxalq bazarlarda isə 48,3 milyon dollar toplayıb.
Bu göstərici ilə film 2002-ci ildə işıq üzü görən ilk "Resident Evil" filminin bütün nümayiş müddətində topladığı 103 milyon dollarlıq ümumi gəliri ilk həftəsindəcə geridə qoyaraq rekorda imza atıb.
"Barbarian" və "Weapons" filmləri ilə tanınan rejissor Zak Kreqer üçün də bu göstərici karyerasının ən yüksək debüt göstəricisidir.
Qeyd edık ki, ekran işinin oktyabrın 9-da Yaponiya kinoteatrlarında nümayişinə başlanılacaq.

Xalq artisti Aleksandr Şarovski dəfn edildi - Yenilənib "Harri Potter" serialının yeni treyleri - Video Kamal Abdullanın romanı Türkiyədə çap olundu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью