Məşhur film teatr səhnəsində nümayiş olundu

29.10.2026

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avstriyalı rejissor Piter Uirin 1989-cu ildə ərsəyə gətirdiyi "Ölü şairlər cəmiyyəti" filmi Portuqaliyanın paytaxtı Lissabondakı "Teatro da Trindade" teatrının səhnəsində nümayiş olunur.

Kulis.az xəbər verir ki, böyük maraqla qarşılanan və bütün biletləri satılan tamaşanın nümayiş müddəti iki dəfə uzadılıb.

Rabin Uilyamsın unudulmaz Con Kitinq obrazını Portuqaliyanın tanınmış aktyoru Dioqo İnfante canlandırır.
Filmin ssenaristi Tom Şulman tərəfindən teatra uyğunlaşdırılan bu quruluş dekabrın 20-dək Lissabonda nümayiş olunacaq.

Qeyd edək ki, tamaşa 2027-ci ilin yanvarından etibarən Portuqaliya üzrə ölkəmiqyaslı qastrol səfərinə çıxacaq.

Professor Aida İmanquliyevanın xatirəsi yad edildi Şüşə qablar, sənaye qalıqları və gündəlik əşyalar... - Parisdə qeyri-adi sərgi MÜZAKİRƏ: "Çalışanın haqqına girmək adi normaya çevrilib" - Tərcüməçilər niyə qəpik-quruşa işləyir?
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью