Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.
Baş rollarda Nikol Kidman və Sandra Bullokun oynadığı 1998-ci il istehsalı "Praktik sehr" filminin davamı çəkiləcək.
Kulis.az xəbər verir ki, filmin rejissoru Oskar mükafatı laureatı Syuzan Bayer olacaq.
İlk filmdə əsas rollardan birini canlandıran Evan Reyçel Vud isə bu dəfə çəkilməyəcək.
O, sosial media hesabından filmlə bağlı fikirlərini bölüşüb:
"Filmin davamında çəkilməyim istənilməyib. Tamaşaçıları məyus etdiyim üçün üzr istəyirəm. Bu mənim seçimim deyildi".
Qeyd edək ki, "Praktik sehr 2" 18 sentyabr 2026-cı ildə yayımlanacaq.
Məşhur reklama niyə Cavan Zeynallını çəkdilər? - Yalçın İslamzadə Şort, şəpik geyinənlərin girişi qadağan ediləcək - “La Skala” teatrına... Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız Sabir Əhmədli kimdir?