Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Flamenko musiqisinin məşhur gitaraçısı Pepe Habiçuela Madriddə vəfat edib.
Kulis.az xəbər verir ki, sənətkarın vəfatı ilə bağlı İspaniyanın Baş naziri Pedro Sançes daxil olmaqla, bir çox mədəniyyət və dövlət xadimləri başsağlığı mesajları yayımlayıblar.
1944-cü ildə Qranadada Xose Antonio Karmona Karmona adı ilə dünyaya gələn sənətçi Flamenko tarixinin ən köklü sülalələrindən olan "Habichuela" ailəsinin nümayəndəsi idi.
60 ildən artıq davam edən zəngin yaradıcılıq yoluna sahib olan musiqiçi Enrike Morente kimi dahi flamenko ifaçılarını müşayiət edib və flamenkonun müasirləşməsində misilsiz xidmətlər göstərib.
Qeyd edək ki, Pepe Habiçuela İspaniyanın "Təsviri sənət sahəsində qızıl medal" və "Alfonso X el Sabio böyük xaç ordeni” kimi ən ali dövlət mükafatlarına layiq görülmüşdü.