Məşhur Forbes jurnalında Azərbaycan haqqında əhatəli məqalə dərc olundu | Icma.az
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məşhur "Forbes" jurnalında Azərbaycanla bağlı əhəmiyyətli bir məqalə dərc edilib.
Yazıda müharibədən sonrakı dövrdə Azərbaycanın mina sahələrindən məhsuldar torpaqlara çevrilməsi və kənd təsərrüfatının inkişafı mövzusuna geniş yer verilib.
Mina sahələrindən məhsuldar torpaqlara Azərbaycan, mina ilə çirklənmiş torpaqlarını məhsuldar əkin sahələrinə çevirmək məqsədilə genişmiqyaslı bir təşəbbüsə start verib.
Bu layihə beynəlxalq “Roots of Peace” (Sülhün Kökləri) qeyri-hökumət təşkilatının dəstəyi ilə həyata keçirilir.
Qurumun qurucusu və 2023-cü ildə Dünya Qida Mükafatı laureatı Heidi Kühn, Qarabağ bölgəsində mina təmizləmə və kənd təsərrüfatının yenidən dirçəldilməsi işlərinə rəhbərlik edir.
Onun rəhbərlik etdiyi “Minalardan Üzüm Bağlarına” təşəbbüsü müharibədən əziyyət çəkmiş torpaqlarda ümid toxumlarını yenidən əkir.
Qarabağın potensialı: qədim tarixdən müasir dövrə Qarabağ bölgəsi, bir zamanlar məhsuldar əkin sahələri ilə məşhur idi və hər il 160 min tona qədər üzüm istehsal edilirdi.
Tam oxu
Xəbəri oxu